Əsas məzmuna keç

Yunus surəsi - 41-ci Ayə

Surə 10
Ayə 41

Azərbaycan dilində tərcümə

Əgər səni təkzib etdilərsə, de: «Mənim əməlim mənə və sizin əməliniz sizə məxsusdur, siz mənim etdiklərimdən uzaqsınız və mən sizin etdiklərinizdən uzağam (buna görə də, mənə cihad əmri gələnə kimi qoyun qalsın).
Yunus surəsi , 41-ci ayə
Yunus surəsi 41-ci ayə
Tam Surə

Yunus surəsi 41-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 41

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər səni təkzib etsələr, de ki, mənim əməlim mənim üçündür, sizin əməliniz sizin üçün. (Hər birimiz öz əməlimizin cəzasına çatacağıq.) Siz mənim əməllərimdən zara gəlmisiz, mən də sizin əməllərinizdən.”
Bildirişlər
1. Əqidəni məcburi qəbul etdirmək olmaz. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, doğru yola dəvət olmuşdur.
2. Rəbhər kimlərinsə təkzibinə hazır olmalıdır.
3. Təkzibçilər qarşısında özümüzü məğlub saymayaq. Çünki biz doğru yola dəvətimizin mükafatını alacağıq, müxaliflər isə öz inadkarlıqlarının cəzasına çatacaqlar. Bu qarşıdurmada qalib bizik.
4. İslam Peyğəmbəri (s) təkzibçilər qarşısında qəti mövqe tuturdu.
5. Hər bir şəxsin xeyiri və zərəri onun özünə aiddir.
6. İslam kafirlərlə saziş dini yox, dəlil və əxlaq dinidir. Qarşı tərəf həqiqəti qəbul etmədikdə, onların əqidəsindən uzaq olduğumuzu bildirək.
7. Başqalarının əməllərindən razılıq insanı həmin əməllərin mükafat və cəzasına şərik edir.