Əsas məzmuna keç

Yunus surəsi - 48-ci Ayə

Surə 10
Ayə 48

Azərbaycan dilində tərcümə

(onlar istehza ilə) deyərlər: «Əgər doğruçusunuzsa (dünya əzabı, yaxud Qiyamətin gəlməsi barədəki) bu vəd nə vaxt olacaqdır?»
Yunus surəsi , 48-ci ayə
Yunus surəsi 48-ci ayə
Tam Surə

Yunus surəsi 48-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 48

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Kafirlər (istehza ilə) deyirlər: "Əgər düz deyirsinizsə, bu (əzab) vəd nə vaxtdır?”
Nöqtələr
Kafirlər dəfələrlə Peyğəmbərdən (s) istehza ilə soruşardılar ki, Allahın qəzəbi nə vaxtdır?! Onların bu təhqiramiz sualı təsir altına saldıqları fərdlərə ruh verirdi. Əslində isə bir işin həyata keçməsi üçün onun vaxtının bilinməsi şərt deyil.
Sual: Əgər hər bir qövm üçün rəsul varsa, nə üçün risalət silsiləsi kəsilmişdir?
Cavab: Rəsul dedikdə şəxsən peyğəmbər yox, peyğəmbərin gətirdikləri nəzərdə tutulur. Uyğun təbir belə anlaşılmamalıdır ki, hər məntəqənin öz peyğəmbəri var.
Peyğəmbərin xalq arasında olması və ədalətli mühakiməsi axirətə də aid ola bilər. Bu məsələyə "Zumər” surəsinin 69-cu ayəsində işarə olunmuşdur.
İmam Baqir (ə) buyurmuşdur: "İlahi peyğəmbərlər ədalət əsasında hökm edirlər.” 
Bildirişlər
1. Heç bir ümmətin peyğəmbərsiz olmaması ilahi sünnə, qanunlardandır.
2. Din tarixi bəşər tarixi ilə yanaşıdır. 
3. Ötən ayədə haqqında danışılan ilahi qəhr-qəzəb dəlillər tamamlandıqdan, peyğəmbərlər gəldikdən sonra gerçəkləşir.
4. Cəmiyyətdə ədalətin bərpası peyğəmbərlərin besəti sayəsində mümkün olur.
5. Qiyamətdə hər bir qövm öz peyğəmbəri ilə səhnəyə gəlir. Sonra onlar arasında ədalətlə mühakimə aparılır.