NUR TƏFSİRİ: Yunus surəsi / ayə 49
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, mən (hətta) özüm üçün Allahın istədiyindən savay bir zərər və xeyirə malik deyiləm. Hər bir ümmət üçün əcəl, son müəyyənləşmişdir. Əgər bu müddət yetişsə nə bir an təxirə salınar, nə də qabağa çəkilər.”
Nöqtələr
Ötən ayədə hər bir ümmət üçün rəsul olduğu bildirildi. Bu ayədə isə hər bir ümmətin öz əcəli olduğu bəyan olunur. Belə çıxır ki, bir qövmün bədbəxtlik və ya xoşbəxtlik zamanının yetişməsi onların peyğəmbərə itaətindən asılıdır.
Sual: Əgər hər bir ümmətin öz əcəli varsa, bəs İslam ümmətinin sonu nə vaxtdır?
Cavab: Ümmət dedikdə din yox, dəstə və cəmiyyət nəzərdə tutulur. Bu məsələ xatəmiyyət, peyğəmbərliyin sona çatması məsələsi ilə zidd deyil və hər zamanda dinin dəyişilməsi üçün dəlil ola bilməz.
Bildirişlər
1. Bir kimsənin, hətta Peyğəmbərin (s) müstəqil qüdrət və mülkiyyəti yoxdur.
2. Peyğəmbər və övliyaların qüdrəti ilahi qüdrət cilvəsidir. Təəssüf ki, təvəssül mövzusunu rədd edən Məraği öz təfsirində "illa maşaəllahu” cümləsini nəzərə almamışdır.
3. "Mən xeyir və ziyan sahibi deyiləm” təbiri peyğəmbərin sədaqətini göstərir.
4. Kafirlər üçün cəza zamanının təyini Allahın əlindədir.
5. Cəmiyyətin də fərdlər kimi əcəli, xoşbəxtlik və ya bədbəxtliyi, inkişaf və ya tənəzzülü var.
6. Dünyəvi hakimiyyət və qüdrət əbədi deyil və məğrurluq yaratmamalıdır.
7. Ümmətlərə möhlət verilməsi ilahi sünnə, qanunlardandır.
8. Ümmətlərin müqəddəratı, ilahi sünnə əsasında təyin olunur. Bu müqəddərata görə tələsməyək, onun vaxtı qətidir.