NUR TƏFSİRİ: Yunus surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Agah olun! Həqiqətən, göylərdə və yerdə olan hər kəs Allahındır. Allahın əvəzinə qoşduqları şərikləri çağıranlar (onlara da) itaət etmirlər. Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Onlar yalnız yalan danışanlardır.”
Nöqtələr
"Çağırırlar...” cümləsi sual, "itaət etmirlər” cümləsi cavab ola bilər. Yəni uydurduqları şəriklərin ardınca gedənlər nəyə itaət edirlər? Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Cümlədən belə də anlaşıla bilər ki, hətta Allaha şərik qoşulanlar da Onun mülkündədir.
Bildirişlər
1. Allahın mütləq malikiyyəti tövhid və kamil izzət dəlilidir.
2. Hər şey Allahın mülküdür. Necə ola bilər ki, mülk malikə şərik olsun?!
3. Səmalarda ağlı olan varlıqlar var.
4. Müşriklərin məntiqi, elmi əsasları yoxdur.
5. Müşriklər qoşduqları şəriklərə yox, öz xülyalarına itaət edirlər. Çünki Allahın şəriki yoxdur. Demək, onlar yalan deyirlər.