NUR TƏFSİRİ: Yunus surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Rahatlıq tapmağınız üçün sizin üçün gecəni müəyyənləşdirən Odur. O, gündüzü işıqlı etdi. Şübhəsiz, bunda eşidən qövm üçün nişanələr var.”
Nöqtələr
Ötən ayədə Allahın malikiyyətinə, bu ayədə isə Onun varlıq aləmindəki hikmətli tədbirinə işarə olunmuşdur.
Quranda ruhi aramlıq tilavət, gecəni oyaq qalmaq, təsbih, qunut, səcdə ünvanlarında bəyan olunmuşdur.
Fiziki aramlıq isə yuxu və istirahət vasitəsi ilə olur.
Bildirişlər
1. Gecə və gündüz tədbirlə, insanın bəhrələnmə məqsədi ilə, hikmətlə proqramlaşdırılmışdır.
2. Gecə istər ruhi, istər fiziki aramlıq üçündür.