NUR TƏFSİRİ: Yunus surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onu (Nuhu) təkzib etdilər. Həmin vaxt Biz ona və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları yer üzündə canişin qərar verdik. Ayələrimizi təkzib edənlərin hamısını qərq etdik. Bax gör, xəbərdarlıq edilənlərin sonu necə oldu?”
Nöqtələr
Nuhun 80 yoldaşı vardı. Kafirlər isə çox idi. Amma Allahın yardımları ilə kafirlər məhv oldu, möminlər yer üzünə varis qaldılar.
Bu ayədə möminlərin xoş aqibətinə və ilahi dəvətə müxalif olanların məhvinə işarə olunmuşdur.
Bildirişlər
1.Təkcə iman bəs etmir. Nicat tapmaq üçün ilahi rəhbərlərlə həmrənglik və yoldaşlıq lazımdır.
2. İman və sabitqədəmliyin nəticəsi qurtuluş və hakimiyyətdir.
3. Qələbə sonda iman əhlinə məxsusdur, küfr və şirk əhli rüsvay olasıdır.
4. Asilərə öncə möhlət verib sonra onları cəzalandırmaq ilahi sünnə, qanunlardandır.
5. Küfrdən bərk-bərk yapışmağın və doğru yoldan çıxmağın nəticəsi fəlakətdir.
6. Öncə xəbərdarlıq, sonra cəza.
7. Yalnız haqq tərəfdarlarına təsəlli verən və azğınları qorxudan tarix faydalı və tərbiyəvidir.
8. Hərəkətləri düzgün istiqamətləndirmək üçün tarixdən, ümmətlərin inkişaf və tənəzzül amillərindən xəbər tutmaq zəruridir.