Əsas məzmuna keç

Yunus surəsi - 74-cü Ayə

Surə 10
Ayə 74

Azərbaycan dilində tərcümə

Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.
Yunus surəsi , 74-cü ayə
Yunus surəsi 74-cü ayə
Tam Surə

Yunus surəsi 74-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 74

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.”
    Bildirişlər
    1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.)
    2. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.
    3. Bütün peyğəmbərlərin müxalifləri vardır.
    4. İnsan azaddır. O, möcüzələrə və Allahın qəzəbinə şahid olduqdan sonra da itaətsizlik göstərir.
    5. Təkəbbür və zülm qəlblərin möhürlənməsi üçün zəmindir.
    6. Möcüzə gördüyü halda iman gətirməyənlər həddi aşanlardır.