Əsas məzmuna keç

Yunus surəsi - 77-ci Ayə

Surə 10
Ayə 77

Azərbaycan dilində tərcümə

Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!
Yunus surəsi , 77-ci ayə
Yunus surəsi 77-ci ayə
Tam Surə

Yunus surəsi 77-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 77

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Musa (onlara) dedi: "Haqq sizin sorağınıza gəldiyi vaxt (onu cadu sayıb) deyirsiniz: "Bu sehrdir?” Halbuki cadugərlər heç vaxt nicat tapmır.”
Nöqtələr
Adətən, qeyri-sağlam fərdlər cadugərlik edir və bu məqsədlə ad-san, var-dövlət qazanmaq istəyirlər. Düşmənlər peyğəmbərləri xalqın gözündən salmaq məqsədi ilə onlara belə bir böhtan atırdılar.
Qeyd etməliyik ki, cadugərlik fiqhdə haram sayılmışdır. İmam Xomeyni sehr-cadunu, onun təlimini, qazancını haram bildirmiş, həmçinin olmayan şeyin həqiqət kimi göstərilməsinə, fokusa icazə verməmişdir. 
Bildirişlər
1. Musa öz qələbəsi və böhtançıların məğlubiyyəti haqqında öncədən xəbər verirdi.
2. Düşmənlər həqiqəti sehr, peyğəmbərləri də sehrbaz kimi tanıtdırırdılar.
3. Sehr göstərənlər xalqı aldatdıqları üçün və icazə verilməmiş vasitələrdən istifadə etdiklərinə görə nicat tapmazlar.