NUR TƏFSİRİ: Yunus surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bizim tərəfimizdən haqq onlara gəldikdə, dedilər: "Şübhəsiz, bu, aşkar bir cadudur."
Bildirişlər
1. Xalq həqiqət sorağında deyil. Haqpərəstlər xalqın sorağına getməlidirlər.
2. Allahın zatı, peyğəmbərlər, ilahi qanunlar, möcüzələr, bir sözlə, Allaha aid olan hər bir şey haqdır.
3. Peyğəmbərlərin Allahla birbaşa rabitələri var. Möcüzələr və din proqramları ondan qaynaqlanır.
4. Təbliğatçı və rəhbər bilməlidir ki, cəmiyyətin bir zümrəsi onların proqramlarına müxalif olacaq.
5. Peyğəmbərə atılan ən kəskin, ən sadə və ən yayılmış böhtan cadugərlikdir.
6. Böhtan insandakı azğınlıq ruhiyyəsindən qaynaqlanır.
7. Müxaliflər böyük israrla fəaliyyət göstərirlər.