NUR TƏFSİRİ: Yunus surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
|
"Musa dedi: "Pərvərdigara! Sən Firon və onun qövmünün başçılarına dünya həyatında zinət və çoxlu var-dövlət vermisən. Pərvərdigara, (nəticədə bu vasitələrlə xalqı) Sənin yolundan azdırdılar. Pərvərdigara! Onların var-dövlətini məhv et, qəlblərini bərkit. Çünki onlar ağrılı əzabı görməyincə iman gətirməyəcəklər.”
|
|
|
|
Nöqtələr
Neft kəmərlərinin bağlanması, ticarət və hərbi əlaqələrin kəsilməsi, düşmənin təchizat anbarlarının oda çəkilməsi "onların var-dövlətini məhv et” təbirinin ünvanlarındandır.
Bildirişlər
1. ”Rəbbəna” müraciətinin duada mühüm rolu var.
2. Bütün olanlarımız Allahdandır.
3. Hər hansı bir insanın var-dövlətli olması onun Allah yanında əziz olması nişanəsi deyil.
4. Küfr insanın dünya ləzzətlərindən kam almasına mane olmur.
5. Zalım təkəbbürlülərin maddi rifahı yalnız bir neçə günlük dünyaya aiddir.
6. Peyğəmbərlərin nifrini şəxsi münasibətlərdən yox, vəhydən qaynaqlanır. Bu sayaq nifrində məqsəd məktəb və ümməti qorumaqdır.
7. Var-dövlət qeyri-saleh insanları doğru yoldan azdırır, yoxsulluq isə küfrə zəmin yaradır.
8. Dualarımızda düşməni lənətləməyi yaddan çıxarmayaq.
9. Dəlil və möcüzə səmərə vermədikdə, növbə nifrinə çatır.
10. Qəlbidaşlar ilahi qəzəbi görməsələr haqqa iman gətirməzlər.