Əsas məzmuna keç

Yunus surəsi - 92-ci Ayə

Surə 10
Ayə 92

Azərbaycan dilində tərcümə

Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.
Yunus surəsi , 92-ci ayə
Yunus surəsi 92-ci ayə
Tam Surə

Yunus surəsi 92-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 92

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bu gün sənin cəsədini (dəryada məhv olmaqdan) xilas edirik ki, gələcəkdəkilər üçün ibrət olsun. Şübhəsiz, xalqın çoxu Bizim nişanələrimizdən xəbərsizdir.”
Nöqtələr
"Təfsire-Safi”də imam Rizanın (ə) belə buyurduğu nəql olunmuşdur: "Firon təpədən dırnağadək zireh və silah idi. Qaydaya görə o, suya düşdükdən sonra suyun dibinə getməli idi. Amma dalğalar o ağır bədəni sahilə atdı. Bu bir möcüzədir.”
Bildirişlər
1. Ölüm anı tövbə faydasızdır. Fürsət varkən tövbə qılaq.
2. Quran gələcəkdən və qeybdən xəbər verir. (Onlarca əsrdən sonra Fironun mumyalanmış bədəni Qahirə muzeyində saxlanılır.)
3. Zalım hakimlərin məhvindən ibrət götürmək lazımdır.
4. İlahi qüdrət və yardım nişanələrinin qorunması üçün çalışmaq lazımdır.
5. Xalqın çoxu keçmişdən ibrət götürmür.