Əsas məzmuna keç

Yusif surəsi - 12-cü Ayə

Surə 12
Ayə 12

Azərbaycan dilində tərcümə

Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq.»
Yusif surəsi , 12-cü ayə
Yusif surəsi 12-cü ayə
Tam Surə

Yusif surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onu sabah bizimlə göndər ki, (səhrada) gəzsin, oynasın. Şübhəsiz, biz onu qoruyacağıq.”
Nöqtələr
İnsanın əyləncə və idmana ehtiyacı vardır. Bu ayədən göründüyü kimi, Yusif əyləncəyə ehtiyac duyduğundan atası övladlarının təklifi ilə razılaşdı.
Rəvayətdə deyilir: «Mömin vaxtının bir hissəsini əyləncə və halal ləzzətlərdən faydalanmaq üçün ayırmalıdır. Bu yolla başqa işlərdə müvəffəqiyyət əldə etmək olur.»
Nəinki keçmişdə, hətta bu gün və gələcəkdə də gəncləri idman və oyun pərdəsi altında əsil yaranış məqsədindən qəflətdə saxlayacaqlar. Onlar oyunu ciddiləşdirirlər ki, ciddi işlər oyun kimi görünsün. Dünyanın zalım hakimləri nəinki idmandan sui-istifadə edir, hətta başqa cazibəli adlarla da öz çirkin məqsədlərini həyata keçirirlər. Diplomat adı altında ölkələrə ən təhlükəli casuslar göndərilir. Hərbi müşavir adı ilə ölkələrdə fitnə-fəsad yaradır, hərbi sirləri əldə edirlər. İnsan haqları adı altında öz muzdurlarını himayə edirlər. Humanitar yardım adı altında öz muzdurlarına silah göndərirlər. İqtisadçı mütəxəssis, qloballaşma adı ilə zəif ölkələri güclənməyə qoymur, torpağı dərmanlamaq adı ilə bağ və əkin sahələrini məhv edir, hətta islamşünaslıq adı ilə İslamı tərsinə cilvələndirirlər.
Bildirişlər
1. Övlad atanın icazəsi ilə əylənə bilər.
2. Gənc insan əyləncə və idmana ehtiyaclıdır.
3. Qardaşlar halal və məntiqi vasitələrdən qarşı tərəfi aldatmaq üçün sui-istifadə etdilər.
4. Əgər canıyanan valideyn və tərbiyəçilər övladların boş vaxtı üçün proqram hazırlasalar, düşmənlər gənclərin boş vaxtından sui-istifadə edə bilməzlər. (Qardaşları Yusifin idmana ehtiyacından sui-istifadə etdilər).
5. Uşaqlar əylənərkən onlardan muğayat olaq ki, zədələnməsinlər.
6. Bir mövzuya israrla yanaşmaq bəzən qurğu nişanəsi olur.