Əsas məzmuna keç

Yusif surəsi - 14-cü Ayə

Surə 12
Ayə 14

Azərbaycan dilində tərcümə

Dedilər: «Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq».
Yusif surəsi , 14-cü ayə
Yusif surəsi 14-cü ayə
Tam Surə

Yusif surəsi 14-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 14

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yəqubun övladları) dedilər: "Biz güclü bir dəstə olduğumuz halda canavar onu yesə, ziyankar olarıq ki!”
Bildirişlər
1. Bəzən böyüklər təcrübə və agahlıq vasitəsi ilə təhlükəni hiss edirlər, amma cavanlar öz güclərinə güvəndiklərindən təhlükəni zarafat sayırlar.
2. Güclü olmaq təhlükədən uzaqlıq deyil. (Yusifin qardaşları güclü bir dəstə idi, amma təhlükədən amanda deyildi.)
3. Qardaşlar canavarın Yusifi yeməsindən narahat deyildilər. Amma zəif görünməsinlər deyə, Yəqubun sözünə reaksiya verdilər.
4. Əgər bir şəxs məsuliyyəti qəbul edib, onu lazımınca yerinə yetirməsə, öz şəxsiyyətini, sərmayəsini, hörmətini, vicdanını təhlükəyə atmış olur və zərərə düşür.
5. Zahirlə aldatmaq və hisləri riyakarcasına büruzə vermək münafiqlərin qurğularındandır.
6. Bəziləri öz məqsədlərinə çatmaq üçün hətta şəxsiyyətlərindən belə keçməyə hazırdırlar.