Əsas məzmuna keç

Yusif surəsi - 21-ci Ayə

Surə 12
Ayə 21

Azərbaycan dilində tərcümə

Onu almış misirli şəxs öz zövcəsinə dedi: «Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.» Və beləcə Biz Yusufa həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər və məsləhətlər əsasında belə etdik)(həm də) ona görə ki, ona hədislərin yozumunu (mələklərin danışığı olan yuxuların yozumunu və peyğəmbərlərin hədislərinin mənalarını) öyrədək. Allah (varlıq aləminin idarə olunmasında) Öz işinə qalibdir və lakin insanların çoxu bilmirlər.
Yusif surəsi , 21-ci ayə
Yusif surəsi 21-ci ayə
Tam Surə

Yusif surəsi 21-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 21

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yusifi alan misirli zövcəsinə dedi: "Onu əziz tut, ümid var ki, gələcəkdə bizə fayda versin və ya onu övladlığa götürək.” Bu sayaq həmin məmləkətdə Yusifə yer və güc verdik ki, ona yuxuların təbirini öyrədək. Allah Öz işində qalibdir, amma xalqın əksəri bilməz.”
Nöqtələr
"Gələcəkdə bizə fayda verə bilər, ya onu övladlığa götürərik” cümləsi Quranda iki yerdə işlənmişdir: Musanın olduğu sandıq sudan götürülərkən, Fironun arvadı ona belə müraciət etmişdi; Hazırkı ayədə Əzizi-Misr öz zövcəsinə belə müraciət edir. Bəli, Allahın iradəsi ilə tanınmayan qulun məhəbbəti Misir hakiminin qəlbində özünə yer tapır və gələcəkdə bu şəxsin hakimiyyətə çatması üçün zəmin yaranır.
Bildirişlər
1. Yusifin əzəməti onun simasından görünürdü. Belə ki, Əzizi-Misr onu zövcəsinə tapşırır.
2. Qadının evdə aparıcı rolu var.
3. Ətrafınızdakıları və tanışları xalqa yaxşılığa dəvət edin.
4. Müamilələrdə gələcəyi nəzərə alın.
5. İnsanlara hörmət göstərməklə onlardan kömək gözləmək olar.
6. Qəlblər Allahın əlindədir. Yusifin məhəbbəti sahibin qəlbində qərar tutdu.
7. Yalnız diqqətlə götür-qoydan və sınaqdan sonra mühüm qərar çıxarın. (Yusif əvvəlcə köməkçi götürüldü, sonra övlad kimi seçildi).
8. Oğulluğa götürmənin tarixi keçmişi var.
9. Əzizi-Misrin övladı yox idi.
10. Allah istəsə, pislik xeyir səbəbi olar. (Qardaşları Yusifi quyuya atdı, o isə taxt-taca yetişdi.)
11. Əlinizin altında olan qulamlara biganə yanaşmayın. Onlar gələcəkdə qüdrətli və hökm sahibi ola bilərlər.
12. Elm və bilik məsuliyyətin qəbulu üçün şərtdir.
13. Acılıqların sonu şirinlikdir.
14. Allahın qalib iradəsi Yusifi quyudan taxt-taca qaldırdı.
15. Yaxşılığın pisliyə qalib gəlməsi Allahın qanunudur.
16. Bizim hadisə kimi qəbul etdiyimiz işlər əslində Allahın iradəsinin gerçəkləşməsi üçün ilahi plandır.
17. Əslində xeyir olan acı hadisələr çoxdur. (Yusif zahirdə quyuya düşdü, amma əslində işin davamı yüksəlişə aparırdı.)
18. Xalq hadisələrin zahirini görür, amma Allahın proqramlarından xəbərsizdir.