Əsas məzmuna keç

Yusif surəsi - 29-cu Ayə

Surə 12
Ayə 29

Azərbaycan dilində tərcümə

«Ey Yusuf, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.»
Yusif surəsi , 29-cu ayə
Yusif surəsi 29-cu ayə
Tam Surə

Yusif surəsi 29-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 29

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"(Əzizi-Misr dedi:) Yusif, bu məsələyə göz yum (onu açıqlama; zövcəsinə xitabən dedi:) günahına görə tövbə et, çünki xətakarlardan olmusan.”

Bildirişlər
1. Əzizi-Misr istəyirdi ki, məsələ məxfi qalsın. Amma Yusifin paklığı sübuta yetsin deyə, bütün əsrlərin insanları bu macəradan xəbər tutdular.
2. İnsanların çirkin əməlləri açıqlanmamalıdır.
3. Əzizi-Misr öz məqamına xatır Yusifdən bu məsələyə göz yummasını istədi.
4. Əzizi-Misr də digər saray adamları kimi namus və qeyrət məsələsinə biganə idi. O öz arvadının tövbə etməsi ilə kifayətləndi və onu ciddi cəzalandırmadı.
5. Qeyri-ilahi rəhbərlər öz yaxınlarının pis işləri ilə sərt rəftar etmək gücündə deyildirlər.
6. Qadının öz ərindən başqası ilə rabitə qurmağa çalışması çirkin və qeyri-şəri bir işdir.
7. Qeyri-qanuni cinsi əlaqə hətta dindar olmayanlar arasında da xoşagəlməz sayılır.