Əsas məzmuna keç

Yusif surəsi - 30-cu Ayə

Surə 12
Ayə 30

Azərbaycan dilində tərcümə

Və şəhərdə (Misirdə) qadınlardan bir neçəsi dedi: «Əzizin (Misir valisinin) zövcəsi öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük.»
Yusif surəsi , 30-cu ayə
Yusif surəsi 30-cu ayə
Tam Surə

Yusif surəsi 30-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 30

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Şəhərdəki qadınlar dedilər: "Əzizin zövcəsi öz qulamına meyl edib, ondan kam almaq istəyib. Həqiqətən, onu bir qulam özünə vurğun etmişdir. Həqiqətən, biz onu aşkar azğınlıqda görürük.”

Nöqtələr
"Şəğaf” dedikdə ürəyi qulaq tək örtülmüş nazik pərdə nəzərdə tutulur. "Şəğəfəha hubbən” dedikdə Züleyxanın qəlbində Yusifin məhəbbətinin kök atması, şiddətlənməsi başa düşülür.
Yusifin haqqında iki dəstə belə dedi: "Ona həddi aşan məhəbbət azğınlıq nişanəsidir.” Bu dəstələrdən biri Yusifin qardaşları idi. Onlar atalarını Yusifi sevdiyi üçün azğın sayırdılar. Digər bir dəstə Misir qadınları idi. Yusifi həddən artıq sevdiyi üçün onlar Züleyxanı azğınlıqda ittiham edirdilər.
Hər kəs Yusifi özü üçün istəyir: Yəqub onu öz övladı sayır; karvan onu özü üçün sərmayə bilir; Əzizi-Misr onu oğulluğu sanır; Züleyxa onu məşuq kimi istəyir; məhbuslar onu yuxularının təbiri üçün arzulayır; amma Allah-təala Yusifi Öz rəsulu sayır və Yusifə qalan da elə həmin bu risalət məqamıdır.
Bildirişlər
1. Vəzifəlilərin ailəsində baş verən hadisələr tez yayılır. Onlar öz rəftarlarına qarşı diqqətli olmalıdırlar.
2. Günahkarın qapıları bağlaması onu rüsvayçılıqdan qurtara bilməz.
3. Ailə üzvlərinin nöqsanları kişinin, ailə başçısının ayağına yazılır.