Əsas məzmuna keç

Yusif surəsi - 44-cü Ayə

Surə 12
Ayə 44

Azərbaycan dilində tərcümə

Dedilər: «Qarma-qarışıq yuxulardır və biz qarma-qarışıq yuxuların yozumunu bilmirik».
Yusif surəsi , 44-cü ayə
Yusif surəsi 44-cü ayə
Tam Surə

Yusif surəsi 44-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 44

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Padşahın ətrafındakılar) dedilər: "Bunlar qarışıq yuxulardır və biz qarışıq yuxuların təbirini bilmirik.”
Nöqtələr
"Zəğs” sözünün cəm forması olan "əzğas” sözü qarışdırmaq, "ziğs” sözü isə qarışıq çubuq dəstəsi mənasını bildirir. "Əhlam” dedikdə qarışıq yuxu nəzərdə tutulur. "Əzğasu əhlam” isə təbirçinin yoza bilmədiyi pərakəndə yuxu mənasını bildirir.
Bildirişlər
1. Öz bilməzliyinizə və cəhalətinizə don geyindirməyin. (Saray adamları yuxunun təbirini bilmədiklərindən "şahın yuxusu qarışıqdır” söylədilər)
2. Bir çox yuxular pərakəndə görünsə də təbir olunur.
3. İş mütəxəssisə tapşırılmalıdır. (Mütəxəssis yuxunu təbir edir, qeyri-mütəxəssis yuxunu qarışıq sayır.)