Əsas məzmuna keç

Yusif surəsi - 45-ci Ayə

Surə 12
Ayə 45

Azərbaycan dilində tərcümə

(zindandakı) o iki nəfərdən nicat tapmış və uzun bir müddət sonra (zindanı, Yusufu və yuxu yozumunu) yada salan şəxs dedi: «Mən sizi bu yuxunun yozumundan xəbərdar edərəm. Buna görə də məni (zindana) göndərin!»
Yusif surəsi , 45-ci ayə
Yusif surəsi 45-ci ayə
Tam Surə

Yusif surəsi 45-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 45

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O iki nəfərdən xilas olan kəs bir müddət sonra (Yusifi) xatırladı və (Əzizi-Misrə) dedi: "Məni (Yusifin ardınca) göndərin, sizi (yuxunun təbirindən) xəbərdar edim.”
Nöqtələr
"Ummət” dedikdə insan toplumu nəzərdə tutulsa da, burada həmin söz günlər (müddətlər) mənasında işlədilmişdir.
Bildirişlər
1. Yaxşılıq gec ya tez öz təsirini göstərir.
2. Təkcə ehtiyaclı olanda dostları xatırlamayaq. (Yuxu təbirinə ehtiyac yarandıqda Yusif yada düşdü.)
3. Məqama çatmaq adətən keçmişi insanın yadından çıxarır.
4. Başqalarını bir işə yönəldən kəs sanki özü həmin işi görmüşdür.
5. Yusifin zindan yoldaşı onun təbirinə o qədər inanırdı ki, padşaha öz tərəfindən qəti vəd verdi.
6. Agah insanları cəmiyyətə tanıtdıraq ki, xalq onlardan bəhrələnə bilsin.
7. Bəzi mütəxəssislər tənhalığa çəkilir. Onları yaddan çıxarmayın.
8. Ustadı hüzura gətirmək yox, onun hüzuruna getmək lazımdır.