Əsas məzmuna keç

Yusif surəsi - 60-cu Ayə

Surə 12
Ayə 60

Azərbaycan dilində tərcümə

«Odur ki, əgər onu mənim yanıma gətirməsəniz, mənim yanımda bir qab (ərzaq)ınız belə olmayacaq və mənə yaxınlaşmayın da!»
Yusif surəsi , 60-cu ayə
Yusif surəsi 60-cu ayə
Tam Surə

Yusif surəsi 60-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 60

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər həmin qardaşınızı mənim yanıma gətirməsəniz, məndən heç bir peymanə (taxıl) almazsınız və mənə yaxınlaşmayın.”
Bildirişlər
1. Müdiriyyətdə həm məhəbbətə, həm də hədəyə ehtiyac var. Öncə müjdə və məhəbbət, sonra hədə və inzibat.
2. Sui-istifadəyə zəmin yaratmayaq. (Müraciət edənlər müraciət edə bilməyənlərin payını alsa, bu qaydadan sui-istifadə olunar.)
3. Qanunu tətbiq edərkən qardaşlar, ailə və başqaları arasında ayrıseçkiliyə yol vermək olmaz. (Hər şəxsin öz payı var və özü bu payı əldə etməlidir.)
4. Hədələyərkən deyilənləri tam icra etmək zəruri deyil. (Yusif o şəxs deyildi ki, qardaşları qıtlıqdan ölsün.)
5. Proqramların həyata keçirilməsində qətiyyət rəhbərlik şərtidir.