NUR TƏFSİRİ: Yusif surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Qardaşları Yusifə) dedilər: "Onu atasından israrla istəyəcəyik, bu işi hökmən görəcəyik.”
Nöqtələr
"Müravidə” dedikdə ardıcıl xahiş və ya yalanla müşayiət olunan müraciət nəzərdə tutulur.
Qardaşların sözündən həsəd qoxusu gəlirdi. Onlar "atamız” əvəzinə "atası” sözünü işlətdilər. Surənin əvvəlində də qardaşların arasında bu sayaq söhbət getmişdi. Onlar deyirdilər ki, ata bizim üçündür, amma o Yusif və qardaşını bizdən çox sevir.
Bildirişlər
1. Oğul atanın icazə və razılığı ilə səfərə çıxa bilər.
2. Yusifin qardaşları bilirdilər ki, ataları Benyaminin onlarla getməsini istəmir.
3. Yusifin əhvalatından sonra Yəqub Benyamini özündən kənara buraxmırdı. Onu atasından ayırmaq asan iş deyildi.