Əsas məzmuna keç

Yusif surəsi - 73-cü Ayə

Surə 12
Ayə 73

Azərbaycan dilində tərcümə

(Yusufun qardaşları) dedilər: «Allaha and olsun, siz (özünüz) yaxşı bilirsiniz ki, biz yer üzündə fəsad törətməyə gəlməmişik və biz heç vaxt oğru olmamışıq».
Yusif surəsi , 73-cü ayə
Yusif surəsi 73-cü ayə
Tam Surə

Yusif surəsi 73-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 73

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Dedilər: "And olsun Allaha, siz bilirsiniz ki, biz bu məmləkətə fəsad üçün gəlməmişik və heç vaxt oğurluq etməmişik.”
Nöqtələr
Yusifin qardaşları dedilər ki, onların bu məntəqəyə oğurluq üçün gəlmədikləri qarşı tərəfə məlumdur. Bəs qarşı tərəf bunu haradan bilirdi? Bu barədə bir neçə ehtimal var: Ola bilsin ki, bu barədə məmurlara Yusif işarə etmişdir. Məntəqəyə daxil olan vaxt onların yoxlanıb seçilməsi ehtimalı da var. Bəli, xüsusi ilə böhranlı şəraitdə məmləkətə daxil və xaric olan heyətlər diqqətlə nəzarətdən keçirilməli, səfərdə pis məqsədin olmadığına əminlik yaranmalıdır.
Bildirişlər
1. Müsbət keçmiş bəraət üçün nişanədir.
2. Misirin təhlükəsizlik xidməti güclü və bacarıqlı idi. Onlar bilirdilər ki, bu karvan fəsad üçün gəlməyib.
3. Oğurluq yer üzündəki fəsad nümunələrindəndir.