Əsas məzmuna keç

Yusif surəsi - 79-cu Ayə

Surə 12
Ayə 79

Azərbaycan dilində tərcümə

Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».
Yusif surəsi , 79-cu ayə
Yusif surəsi 79-cu ayə
Tam Surə

Yusif surəsi 79-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 79

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yusif) dedi: "Malımızı tapdığımız kəsdən başqasını tutmağımızdan Allaha pənah! Çünki bu halda, şübhəsiz, zalımlardan olarıq.”
Nöqtələr
Yusifin sözlərinə diqqət yetirdikdə məlum olur ki, Benyamini oğru kimi tanıtdırmaq istəmir. Yusif demir ki, Benyamin oğrudur. Deyir ki, itən şey onun yükündə idi.
Əgər Yusif Benyaminin əvəzinə bir başqa qardaşı saxlasaydı, qardaşlar Benyaminlə bir oğru kimi rəftar edərdilər. Saxlanılan adam isə nahaq yerə saxlandığını düşünərdi.
Bildirişlər
1. Qaydalara hamı əməl etməlidir, qanunu pozmaq hətta Əzizi-Misrə də qadağandır.
2. Xeyir əməl sahibi qanunu pozmaz.
3. Qazi hislərin təsiri altına düşməməlidir.
4. Mühakimə həssas işdir, bu işdə Allaha pənah aparmaq lazımdır.
5. Yusif iki məqamda Allaha pənah aparır: Züleyxa ilə tək qaldıqda və mühakimə yürüdüləndə.
6. Qanunu pozmaq zülmdür (onun-bunun istəyi ilə qanunu pozmaq olmaz).
7. Günahsız insan günahkarın yerinə cəzalandırılmamalıdır. O hətta özü razı olsa da, buna yol vermək olmaz.