Əsas məzmuna keç

Yusif surəsi - 95-ci Ayə

Surə 12
Ayə 95

Azərbaycan dilində tərcümə

Dedilər: «Allaha and olsun ki, sən hələ də öz əvvəlki zəlalətində (Yusufa olan hədsiz məhəbbətində) qalmaqdasan.»
Yusif surəsi , 95-ci ayə
Yusif surəsi 95-ci ayə
Tam Surə

Yusif surəsi 95-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 95

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ona) dedilər: And olsun Allaha, sən keçmişdəki yanlışlıqdasan.”
Nöqtələr
Bu surənin 8-ci ayəsində oxuduq ki, qardaşlar öz ataları haqqında dedilər: "Atamız Yusifə və onun qardaşına yersiz məhəbbəti səbəbindən aşkar azğınlıqdadır.” Burada isə belə deyilir: "Sən keçmişdəki yanlışlıqdasan.”
Adi insanlar Allahın övliyalarını öz ağılları səviyyəsində dəyərləndirib hökm etməməlidirlər ki, bu iş mümkün olası deyil. Həzrət Əli (ə) buyurur: "İnsanlar bilmədikləri işlə müxalifdirlər.”
Bildirişlər
1. Həzrət Yəqub və Yusif öz təəccüblü xəbərlərinə görə and içmədilər, qardaşlar isə müxtəlif məqamlarda and içirdilər. Bəli, peyğəmbərlər kimi hərəkət edərək imkan həddində and içməmək lazımdır.
2. Ata-babaların işini öz arşınınla ölçmə. (Qardaşlar atalarını öz düşüncələri əsasında azğın sayırdılar.)
3. Yəqub Yusifdən ayrıldığı gündən sonadək onun sağ olmasına inanırdı və bunu öz ətrafındakılara bildirirdi.