NUR TƏFSİRİ: Yusif surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Müjdə gətirən şəxs (Yusifin köynəyini gətirən qardaş) çatan kimi köynəyi Yəqubun çöhrəsinə sürtdü. Yəqubun gözü açıldı və dedi: Sizə demədimmi ki, həqiqətən, mən Allahdan (Allahın lütfündən) sizin bilmədiyiniz bir şey bilirəm.”
Nöqtələr
Gözün ağarması dedikdə onun nurunun azalması başa düşülür. "Bəsirən” dedikdə isə nurla dolu olmaq başa düşülür. Məlum olur ki, qəm-qüssə və şadlığın insanın necə görməsinə təsiri var. Amma məqsəd mütləq korluq olsa, Yəqubun gözünün açılması Quranın isbat etdiyi bir möcüzədir.
Dünyanın eniş-yoxuşu var. Yusifin qardaşları bir gün onun ölüm xəbərini gətirdilər, o biri gün hakim olması ilə müjdə verdilər.
Bildirişlər
1. Peyğəmbər elminin qaynağı ilahi elmdir.
2. İlahi peyğəmbərlər Allahın vədlərinə əmindirlər.
3. Yəqub öz övladlarından fərqli olaraq, Yusifin sağ olduğuna inanırdı və bu ayrılığın sona çatacağına əmin idi.
4. Qeyri-saleh övlad atanın korluğuna, saleh övlad isə gözünün açılmasına səbəb olur.
5. Təbiət qanunlarına Allahın iradəsi hakimdir.
6. Övliyaların libası və onlara aid olan başqa şeylər təsirli ola bilər.
7. Xalqın xoşlamadığı bir çox işlər faydalı ola bilər. Qıtlıq xoşagəlməz hal olsa da, bu vaxt Yusifin azadlığına, günahsızlığının sübutuna, hakimiyyətə çatmasına, Yəqubla görüşməsinə səbəb oldu.