Əsas məzmuna keç

Əz-Zumər surəsi - 6-cı Ayə

Surə 39
Ayə 6

Azərbaycan dilində tərcümə

(Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun və keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq və bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti və hakimiyyəti Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə və hara döndərilirsiniz?
Əz-Zumər surəsi , 6-cı ayə
Əz-Zumər surəsi 6-cı ayə
Tam Surə

Əz-Zumər surəsi 6-cı Ayəsinin Təfsirləri

📖

Təfsir tapılmadı

Bu ayə üçün hələ təfsir əlavə edilməyib. İlk təfsiri siz yaza bilərsiniz.