Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi. Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Peyğəmbər (s) buyurdu:« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə) dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam.» Sonra Fatimənin (s.ə.) yanına gəlib dedi:«Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?» Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin qızı! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s) yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala «…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»
Fədakarlıq
Şəkil yüklənir...