Hədis Axtarışı

4+ hədis arasında sürətli və dəqiq axtarış edin

"Əhli-Beytə (ə) məhəbbət" mövzusunda 4 hədis
Təmizlə
Rəsuli-Əkrəm (s) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14)
 İmam Sadiq (ə) buyurur: “Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var, ən yaxşı ibadət isə biz Əhli-Beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur)”. (Biharul-ənvar 27/ 91)
Mənbə: (Biharul-ənvar 27/ 91) Əhli-Beytə (ə) məhəbbət
İmam Məhəmməd Baqir (ə) buyurur: “Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (Yenə buyurur: ) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək küfürdür”. (Kafi 1/ 187)
 İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımız yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.”. (Biharul-ənvar 74/ 354)
Mənbə: (Biharul-ənvar 74/ 354) Əhli-Beytə (ə) məhəbbət

Populyar Mövzular

Ən çox axtarılan mövzular

Fədakarlıq 12 İcarə 8 Möminlər 5 Əhli-Beytə (ə) məhəbbət 4 Əxlaq 3 iman 3 Haram məclislər 1 Təqva 1 Xoşbəxtlik 1 Ədalət 1 Əcəl 1

Populyar Açar Sözlər

Ən çox axtarılan açar sözlər

Toplam 7 açar söz | Açar sözlər üzərində klik edərək hədisləri axtara bilərsiniz