Fədakarlıq

Nurus-Səqəleyn, c.5, səh.470, hədis 20 #54
İmam Sadiq (ə)Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli (ə)durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı. 
Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»