İcarə

Vəsailuş-Şiə, c.13, səh.244, hədis 3 #55
İmam Əli (ə): «Onların ruzilərini aralarında biz bölüşdürürük» ayəsi barəsində buyurub- «Pak və müqəddəs Allah bu ayə ilə bizə insanların dolanacaq yollarından birinin icarə olmasını xəbər verdi. Çünki, Allah öz hikməti əsasında insanları istək, əzmkarlıq və digər cəhətlərdən fərqli yaradıb və bu məsələni yaradılmışların dolanışığının dayaq nöqtəsi edib. Ona görə də bir şəxs digərini (onun əmək qüvvəsini) icarə edir. . . . əgər bizlərdən biri özü üçün bənnalıq, xərratlıq, yaxud digər sənət sahiblərinin işlərini görməyə məcbur olsa, onda dünyanın işləri düzəlməz. İnsanların buna imkanı da yoxdur və heç cür bunu edə bilməzlər. Lakin, Allah onların istəyini müxtəlif etdi, hər kəsin meylini bir işə saldı ki, həmin işi başqaları üçün də görsün və hər biri başqasının köməyi ilə vəziyyətinə uyğun olaraq məişət işlərini irəli aparsın. Beləliklə, Allah dəqiq bir tədbir tökübdür.»