Möminlər
İmam Rza (ə)-ın qulamı Haris ibni Dilhas deyir: İmam Rza (ə) buyurur: Nə qədər ki, bir kəsdə üç xislət yoxdur, o həqiqi mömin deyil: Pərvərdigarından, Peyğəmbərdən və vəlisindən (İmamdan) bir sünnətə malik olmaq. Pərvərdigarının sünnəti Onun sirrini gizlətməkdir (Quran ayəsi: “O (Allah) qeyb aləmini biləndir. Öz qeyb xəbərlərini razı olduğu kəslərdən-Peyğəmbərlərdən qeyrisi üçün aşkar etməz”). Peyğəmbərin sünnəti isə camaatla yaxşı rəftar etməkdir. Çünki Allah-Təala öz Peyğəmbərinə camaatla yaxşı rəftar etməyi əmr edərək buyurur: “Əfv etməyi bacar, yaxşılığa əmr et, cahillərdən üz çevir”. Onun vəlisinin sünnəti isə yoxsulluqla və xoşagəlməz hadisələrdə səbr etməkdir. Çünki Allah-Təala buyurur: “...Pis və xoşagəlməz hadisələrə səbr edənlər...”. (Uyunu əxbarir-Rza (ə) 1/ 256)
Şəkil yüklənir...