"Musa" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Musa" üzrə 230 ayə tapıldı.
Beləliklə Musa Bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər: «Bu uydurulmuş (quraşdırılmış) sehrdən başqa bir şey deyildir və biz belə bir şeyi (tovhidə dəvəti) öz ata-babalarımız arasında eşitməmişik».
Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
Firon dedi: «Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir), mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm».
Biz (Nuh, Hud, Saleh və Lutun qövmü kimi) keçmiş cəmiyyətləri həlak etdikdən sonra camaat üçün bəsirət vasitəsi hidayət və rəhmət səbəbi olan (səmavi) kitab(ı Tövratı) Musaya əta etdik ki, bəlkə öyüd - nəsihət alsınlar.
(Ya Peyğəmbər!) Biz risalət əmrini (elmləri və Tövratı vəhy etməklə) Musaya elan etdiyimiz və hökm verdiyimiz (möhkəmlətdiyimiz) zaman sən (müqəddəs vadinin) qərb tərəf(in)də deyildin və sən (o heyrətli səhnənin) şahidlər(in)dən deyildin.
Biz (Musanı «Nur» ağacından nübuvvət məqamı üçün) çağıranda da, sən Turun (Tur dağının) yanında deyildin (ki, öz gördüklərindən xəbər verəsən). Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir (səni onlardan xəbərdar etdik) ki, səndən öncə (İsanın, ya İsmailin zamanından sənin əsrinə qədər) heç bir qorxudan (Peyğəmbər) gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd-nəsihət alsınlar.
Beləliklə, Bizim tərəfimizdən onlara (müşriklərə) (Peyğəmbər və) haqq (olan kitab) gəldikdə (onlar) dedilər: «Musaya verilənin (Tövratın birdəfəlik nazil olunması, əsa və ağ, parlaq, nurlu əl möcüzələrinin) bənzəri nə üçün ona verilməmişdir?!» Məgər bu müşriklər bundan öncə Musaya veriləni inkar etməmişdilərmi? Dedilər: «(Bu Tövrat və Qur’an) iki sehrdir (cadudur) ki, bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik». (Və məgər o müşriklər bundan öncə Musaya verdiyimizi inkar etməmişlərmi? Dedilər: «(Musa və Harun) iki məharətli sehrbazdır və bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik»).
Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).
(Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».
Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd – peyman aldıq ki, (hamısı bir – birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şər’i əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.
Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Beləliklə elə ki, (Musa) onlara Bizim tərəfimizdən haqqı (tovhidin dəlillərini və möcüzələri) gətirdi, dedilər: «Musa ilə (Allaha) iman gətirənlərin oğullarını öldürün və qadınlarını diri saxlayın.» Lakin kafirlərin hiylə və məkrləri yalnız azğınlıqdadır (və heç vaxt məqsədə çatmaz).
Firon (Musanı öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram.»
230 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
12 Səhifə