"tövbə edənlər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "tövbə edənlər" üzrə 3 ayə tapıldı.
Səndən aybaşı barəsində soruşurlar, de: «O bir növ əziyyət və narahatçılıqdır». Odur ki, aybaşı zamanı qadınlar(la cinsi əlaqədə olmaq)dan uzaq olun və pak olmayınca, onlara yaxınlaşmayın. Elə ki, (aybaşıdan) pak oldular (ya qüsl verdilər) onlarla Allahın sizə əmr etdiyi yerdən yaxınlıq edin. Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir.
Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.
(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.
3 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə