"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Onlara Qur’an oxunan zaman deyərlər: «Ona iman gətirdik, şübhəsiz, bu bizim Rəbbimiz tərəfindən (nazil) olan həmin haqdır (həqiqətdir), həqiqətən, biz on(un nazil olmasın)dan qabaq (Tövratın və İncilin xəbərləri vasitəsilə) İslamı qəbul etmişdik».
(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbr etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər.
(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik».
(Ya Peyğəmbər!) Şübhəsiz, sən özün istədiyin hər bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini haqqa yönəldə bilməzsən, çünki sənin vəzifən yolu göstərməkdir). Lakin Allah istədiyi hər bir kəsi imana çatdırır (onu düz yola yönəldir) və O, doğru yola istedadı (qabiliyyəti) olanları daha yaxşı bilir.
(Məkkə müşrikləri başqa bir bəhanə gətirərək) dedilər: «Əgər səninlə birlikdə haqq yola tabe olsaq, (başqa müşriklər) bizi torpaqlarımızdan (yurdlarımızdan) didərgin salar (və ölümə və əsirliyə sürükləyərlər)». Məgər Biz onları hər növ məhsulun daşınıb gətirildiyi əmin-amanlıq (hökm sürən) bir Hərəmdə yerləşdirmədikmi?! (Bu) Bizim tərəfimizdən (verilən) bir ruzidir, lakin onların əksəriyyəti (bunun qədrini) bilmirlər.
Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq.
Sənin Rəbbin mərkəzlərinə Bizim (tovhidimizin və xilqətin məqsədlərinə dair) ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik.
(Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bərbəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir. Məgər düşünmürsünüz?
Beləliklə, (axirət səadəti barədə) mütləq qovuşacağı gözəl bir vəd verdiyimiz kimsə dünya malını verdiyimiz sonra da Qiyamət günü (hesab və əzab üçün) gətiriləcək kəslə eyni ola bilərmi?!
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyər: «(Tanrılıqda, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklərim (bütlər, ulduzlar, cinlər və sairə) haradadırlar?!»
Haqlarında əzab vədi həyata keçən kəslər (adamları dünyada öz ibadət və itaətlərinə çağıranlar) deyərlər: «Ey Rəbbimiz, bizim azdırdıqlarımız (bizə sitayiş edənlər) bunlardır. Biz nə cür (öz ixtiyarımızla) azmışıqsa, onları da (öz ixtiyarları ilə) elə azdırdıq. İndi isə onlardan uzaqlaşıb Sənə tərəf gəldik. (Əslində) onlar bizə ibadət etmirdilər, (məcburi surətdə ibadət etmirdilər, yaxud şeytanlara və ya öz «əmmarə» nəfslərinə ibadət edirdilər).
Və (ibadət edənlərə) deyiləcəkdir: «Belə isə, şəriklərinizi (Allahla bərabər hesab etdiklərinizi, köməyə) çağırın.» Beləliklə onları çağırarlar, amma onlar cavab (hay) verməzlər; və əzabı (eynül-yəqinlə) görərlər və arzu edərlər ki, «kaş (dünyada) hidayət olmuş olaydılar».
(Ya Peyğəmbər!) (Yada sal,) o gün ki, (Allah Məhşər əhlinin hamısına) xitab edib, deyəcəkdir: «Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?»
Beləliklə, o gündə (cavaba və başqa məsələlərə aid) xəbərlər (zamanın uzunluğundan və dəhşətin çoxluğundan) onlardan gizli qalar. Hətta (onlar) bir-birlərindən belə soruşa bilməzlər.
Lakin (küfr və günahdan) tövbə edib, iman gətirən və yaxşı işlər görən kəsə gəlincə isə onun nicat tapanlardan olmasına ümid vardır.
Sənin Rəbbin hər nə istəsə (varlıq aləmində) yaradar və seçər, onlar üçün seçim ixtiyarı yoxdur. Allah pakdır və Ona şərik qoşulanlardan ucadır!
Və sənin Rəbbin onların sinələrinin gizli saxladığı və (dillə, qələmlə, ya əməllə) aşkar etdikləri hər şeyi bilir.
Ondan başqa heç bir tanrı olmayan Allah Odur. Dünyada və axirətdə həmd (sitayiş) yalnız Ona məxsusdur (çünki, hər iki aləmdə olan bütün gözəlliklər Ondandır). Hakimiyyət və hökm vermək (də hər iki aləmdə) Ona məxsusdur. Siz (hamınız) Ona tərəf qaytarılacaqsınız.
(Ya Peyğəmbər!) de: «Mənə deyin görüm, əgər Allah gecəni sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə qədər həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı tanrı (hətta günəşdən deyil, başqa bir yerdən) sizə bir işıq gətirə bilərdi? Məgər eşitmirsinizmi?!»
De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə