"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)
Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.
Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.
Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir.
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər’i hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.
Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür.
(Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.
Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.
O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.
Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.
Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.
Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.
Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik).
Möminlərə müjdə ver ki, onlar üçün (dünyada və axirətdə) Allah tərəfindən böyük bir lütf və bəxşiş vardır.
Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər.
Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şə’nlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə