"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
Beləliklə onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən, Allahın vədi haqdır. Lakin onların (camaatın) əksəriyyəti (bunu) bilmir.
(Musanın) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq.
(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
(Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.
Beləliklə Musa şəhərdə (Misirdə) qorxu və vəhşət içərisində – (öz törətdiyi işin nəticəsini) gözləyən halda sübhü qarşıladı (gecəni keçirtdi). Bir də (gördü ki,) dünən ondan kömək istəyən şəxs, (yenə) onu köməyə çağırır. Musa ona dedi: «Həqiqətən, sən açıq-aşkar bir azğınsan!».
Beləliklə (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
Və şəhərin o biri başından (bəlkə də Fironun sarayı yerləşdiyi yerdən) bir kişi tələsik gəldi, dedi: «Ey Musa, həqiqətən, qövmün böyükləri səni öldürmək barəsində məsləhət – məşvərət edirlər. Odur ki, (Misirdən) çıx get. Şübhəsiz, mən sənin xeyirxahlarındanam».
O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən şəhərinin yoluna) yönəltsin».
(Musa) Mədyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü. Onların yanında (isə) (öz heyvanlarını camaatın heyvanlarına qarışmağa) qoymayan iki qadın görüb dedi: «Sizin işiniz nədir? (Niyə burada durmusunuz?)» Dedilər: «Bu çobanlar (öz heyvanlarını) qaytarıb aparmayınca biz (öz heyvanlarımıza) su vermərik. Bizim atamız (Şüeyb adında) yaşlı qoca bir kişidir».
Beləliklə, (Musa) onlar üçün (heyvanları) suladı, sonra kölgəyə çəkildi və dedi: «Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam».
O iki qadından biri – yükk həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)».
O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır».
(Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən».
(Musa) dedi: «Bu (müqavilə) mənimlə sənin aranda sabit olsun. Beləliklə (bu) iki müddətdən hər birini tamamlamaqda, mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir».
Beləliklə, Musa (təyin olunmuş) müddəti tamamlayıb öz ailəsi ilə birlikdə (Mədyəndən Misrə tərəf) hərəkət etdikdə, Turun (Tur dağının) yanında bir od gördü, ailəsinə dedi: «Siz (burada) dayanın, mən bir od gördüm, bəlkə, gedib (yolu tapmaq üçün) ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız».
Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».
Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (belə) baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan».
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə