Əs-Saffat surəsi - Ayə 127 #37:127 Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.
Əs-Saffat surəsi - Ayə 135 #37:135 (Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!
Əs-Saffat surəsi - Ayə 141 #37:141 Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Əs-Saffat surəsi - Ayə 148 #37:148 Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.
Əs-Saffat surəsi - Ayə 150 #37:150 Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»
Əs-Saffat surəsi - Ayə 158 #37:158 Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
Əs-Saffat surəsi - Ayə 160 #37:160 Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
Əs-Saffat surəsi - Ayə 162 #37:162 (bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!
Əs-Saffat surəsi - Ayə 164 #37:164 (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»
Əs-Saffat surəsi - Ayə 166 #37:166 Əlbəttə (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə mədh edən bizik.
Əs-Saffat surəsi - Ayə 170 #37:170 Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.