"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
(Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan.
Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır;». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!
Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır.
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»
Və deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».
«Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».
Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şər’i əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.
(Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar.
Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.
(Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir.
Həmd göylərdə və yerdə nə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və məhv etmək – hamısı Onun iradə və istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin də bütün gözəllikləri Ondandır) və O (yaradılış və şəriət qanunlarında diqqətli və möhkəm) hikmət sahibidir və xəbərdardır.
Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır.
kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq – aşkar kitabda (Lövhi - Məhfuzda) olmasın.
(Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır.
Və Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq.
(Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir.
kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!»
«Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə