"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).
(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Qur’an ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
(And olsun) Zikri (Qur’anı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.
Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.
(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).
Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.
Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.
Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nə’rə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.
(Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.
(Mələklərə əmr olunar:) «(Şirkküfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə
«Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.»
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə