"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
(Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
(And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə