Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Və Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar.
(Onlara deyilər:) Bu sizə vəd olunandır. (Bu, dünyada) Allaha çox könül verən və (yaradanın və yaranmışların hüquqlarını) qoruyan hər bir kəs üçündür.
Rəhman olan Allahdan gizlində (heç kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)!
(Onlara deyiləcək:) «(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Müjdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür.»
Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur.
Biz onlardan (Məkkə müşriklərindən) qabaq qüdrət və iqtidar baxımından onlardan daha güclü olan və şəhərləri gəzib-dolaşaraq hər yerə nüfuz etmiş neçə-neçə nəsilləri məhv etdik. (Lakin) məgər (əzab nazil olan zaman onlar üçün) qaçmağa yer və bir sığınacaq var idi?!
Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır.
Həqiqətən Biz göyləri, yeri və bu ikisinin arsında olanları altı gündə (yaxud altı gecə-gündüzdə və ya altı mərhələdə) yaratdıq və Bizə heç bir inciklik və yorğunluq üz vermədi (yenidən diriltmək də belə olacaqdır).
Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl).
Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca (bütün namazların səcdələrindən sonra Onu pak siftələrlə xatırla).
Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)!
(Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin bağırtını eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür.
Şübhəsiz, dirildən də, öldürən də Bizik və dönüş (axirətdə hamının qayıdışı) Bizə tərəfdir.
Onlar (oradan Allaha doğru) tələsərkən yerin onların üzərindən yarılacağı gün. Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır.
Biz onların (kafirlərin təkzib, istehza, şirk və məadın inkarı barəsində) dediklərini daha yaxşı bilirik və sən onlara hakim deyilsən (ki, iman gətirərək Allaha təslim olmağa zorla vadar edəsən). Odur ki, Mənim hədələrimdən qorxan kəsə bu Qur’an vasitəsi ilə öyüd-nəsihət ver.
And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə