(Qur’an nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Qur’anın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi– vaxtı yetişməzdən öncə – dilinə gətirmə).
Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»
İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).
Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.