"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkk üçün pusqu qurarlar).
Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
(Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə