Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir.
Quran Kərim Axtarışı
Bütün Quran ayələrinin axtarışı
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
əhli-beyt
4
ibrahim
150
axirət
351
Hidayət
191
Musa
230
insanlar
353
Məryəm
128
Nisa
416
iman
639
Cəhənnəm
200
peyğəmbər
706
ata
326
Yəhudi
63
qiyamət
280
Cihad
74
Əl
4804
Muhəmməd
63
isa
536
mələklər
209
Namaz
119
Mömin
239
Qur’an
234
Bəqərə surəsi
293
ruzi
133
Əzab
578
kafirlər
260
övlad
201
mələk
245
salam
55
cənnət
163
Cəhənn
200
Ailə
66
iman gətirənlər
165
elm
220
Əl-
2942
tövbə
194
möminlər
161
Kişi
197
zalım
151
Yaradılış
164
Şeytan
124
Tövrat
90
qadın
156
Müşriklər
150
əqidə
99
zövcə
83
ya
3735
ölüm
149
Furqan
78
Adəm
47
təqva
110
təqvalı
87
Bəqərə
293
Allah yolunda
79
Ətir
802
Başçı
43
Zəkat
38
İsra
195
Və əlbəttə, sənin gün ərzində uzun–uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).
Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.
O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).
Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.
Təkzib edən mal-dövlət sahiblərini Mən(im öhdəm)ə burax və onlara (bu dünyada) azacıq bir möhlət ver ki,
Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) və şiddətlə yanan alovlu bir od vardır.
Və boğazda ilişib qalan bir yemək və ağrılı bir əzab (vardır).
O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.
Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.
Firon o peyğəmbərə asi oldu, Biz də onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.
Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!
Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.
Həqiqətən, bu (ayələr) öyüd – nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).
Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.
Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).
Qalx və (ins və cin mükəlləflərini) qorxut!
Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!
Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).
Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.
6236
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
312
Səhifə