"mis" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "mis" üzrə 1027 ayə tapıldı.
(Onlardan biri dedi:) Həqiqətən bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.
(Davud) dedi: «Şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik).
Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamısı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.
De: «Mən yalnız bir qorxudanam (mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm). (Üluhiyyət, rübubiyyət, ibadət və itaətdə) tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur.»
Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.»
Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.
Həqiqətən bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!
(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan.»
(Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir.
Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!
Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!
Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.
Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.
1027 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
52 Səhifə