Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir – birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)
Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).
Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi !?
Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).
(Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik. (Hamısını cəzalandıracağıq).
Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq – aşkar bir düşmən oldu?!
O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.