"Ağ" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "" üzrə 1586 ayə tapıldı.
Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir blılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.
Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar.
Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.
Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.
Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadan edilmişdir.
Ondan (vurduqları töhmətdən) sonra (batinlərində) tövbə edən və (töhmətə görə verilən ilahi cəza müqabilində təslim olmaqla və ya töhmət vurduğu şəxsi razı salmaqla özünü) düzəldən kəslər istisnadırlar. Şübhəsiz, Allah bışlayan və mehribandır.
Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah tövbə qəbul edən və hikmət sahibi olmasaydı (çoxdan günahlarınızın ır cəzasına düçar olardınız).
O zaman onu (həmin böhtanı) bir-birinizin ızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi.
Və Allah sizə ayələri (hökmləri, əmr və qadaları) bəyan edir. Allah bilən və hikmət sahibidir.
Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə rılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz.
Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bışlamasını istəmirsiniz? Allah çox bışlayan və mehribandır.
(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bışlanma və dəyərli ruzi vardır.
Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.
Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə blayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bışlayan və mehribandır.
Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çı saçdığı) şərqə, nə də (sübh çı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun acından (onun yı ilə) yanır. Onun yı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yın, çırın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.
Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacı gündən qorxurlar.
Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir.) Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır.
1586 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
80 Səhifə