"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.
Həqiqətən bunların, içində olduqları (şirk əqidəsi) məhvə məhkumdur və (bütlərə) etdikləri (ibadət) batil və puçdur».
Dedi: «Allah sizi aləmdəkilərdən (öz zamanınızın insanlarından) üstün etdiyi halda, mən sizin üçün Ondan başqa bir məbud axtarım?!»
Və (yada salın) o zaman(ı) ki, sizi, sizə ağır işkəncə verən fironçulardan xilas etdik. Onlar oğullarınızı rəhmsizcəsinə öldürür, qadınlarınızı (havayı işlətmək üçün) diri saxlayırdılar və bunda (bu işdə sizin üçün) Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».
Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».
(Allah) buyurdu: «Ey Musa! Mən səni Öz risalət və tapşırıqlarımla (onların yerinə yetirilməsi ilə) və (səninlə) danışmağımla bütün insanlardan seçdim (üstün etdim). Buna görə də, sənə verdiyimi götür və şükr edənlərdən ol».
Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki yerlərini) göstərəcəyəm».
Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir.
Bizim ayə və nişanələrimizi, eləcə də axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç və batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!
Musanın qövmü(nün çoxu) ondan, (o, Allahla vədələşdiyi yerə getdikdən) sonra öz zinət əşyalarından bir buzov – buzov səsi çıxaran bir heykəl düzəltdilər. Məgər onlar həmin heykəlin onlarla danışmadığını və onları bir yola hidayət etməməsini görmürdülər?! (Cansız bir şeyi diri və bütün varlıq aləmini bərqərar saxlayan bir şeyin yerinə qoymaqla) zalımlardan olaraq onu özlərinə tanrı götürdülər.
Və elə ki, özlərinə gəlib çox peşman oldular və doğrudan da azdıqlarını gördülər «həqiqətən əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq» dedilər.
Və Musa qəzəbli və təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» Və (Tövratın) lövhələri(ni) atdı və qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu və az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma və məni zalım dəstə ilə bir tutma».
(Musa) dedi: «Ey Rəbbim, məni və qardaşımı bağışla və bizi Öz rəhmətinə daxil et ki, Sən mehribanların ən mehribanısan.»
Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.
Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).
Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi.
Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməkkifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».
«Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: « (xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam».
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə