"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
«Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».
Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).
Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.
Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar.
(Müşriklərə gəldikdə isə,) qardaşları (şeytanlar) onları daim azğınlığa çəkər, sonra isə (onları yoldan çıxarmaqda) əllərindən gələni edərlər.
Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.
Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».
Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.
Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.
Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
(Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.
Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!
Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirməkkafirlərin kök və nəslini kəsmək istəyirdi.
(Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi) ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin.
O zaman (Bədr müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələkkömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin).
Allah onu (həmin köməyi) yalnız (sizin üçün) bir müjdə olması və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (yoxsa, onlar qoşunun içində yalnız qaraltı idilər və düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər). Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi və hikmətlidir.
O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.
O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezlikkafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin».
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə