"lo" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "lo" üzrə 144 ayə tapıldı.
Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!
Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.
(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.
Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.
Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.
O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.
Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır.
Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi - Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi.
Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi – Məhfuza və (qələmin batrılaraq yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi – Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər; və Lövhi – Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
Ya bəlkə qeyb (Lövhi – Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil – sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi – Məhfuz vasitəsilə) yadına salacaqdır,
(Onun üzünü Lövhi – Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
144 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
8 Səhifə