Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».
Və Firon dedi: «Bütün bilikli (və sehr fənnində məharətli) cadugərləri mənim yanıma gətirin.»
Beləliklə, elə ki, cadugərlər (cadu alətləri ilə) gəldilər, Musa onlara dedi: «Atacağınız şeyləri atın».
Beləliliklə, elə ki, atdılar (cadularını göstərdilər), Musa dedi: «Sizin (meydana) gətirdiyiniz şey sehrdir. Şübhəsiz, Allah tezliklə onu puça çıxaracaqdır. Həqiqətən, Allah fəsad törədənlərin işini qaydasına salmaz».
Və günahkarlara xoş gəlməsə belə, Allah haqqı Öz kəlmələri ilə (Lövhdə qeydə almaqla və Öz iradəsi ilə həyata keçirməklə) sabit və bərqərar edəcəkdir.»
Beləliklə, Musaya onun qövmünün Firon və qövmlərinin böyüklərinin onlara əzab verməsindən qorxan övladlarından (onun qövmünün zəif vəziyyətdə saxlanılan təbəqəsindən) başqa heç kəs iman gətirmədi. Və əlbəttə, (Firon özünü) yer üzündə olduqca uca tutardı (təkəbbür göstərərdi) və həddi aşanlardan idi (onun təkəbbürdə həddini aşmasının nümunəsi allahlıq iddiası etməsi, qətldə həddini aşmasının nümunəsi uşaqları öldürməsi və zülmdə həddini aşmasının nümunəsi insanlara müxtəlif işgəncələr verməsi idi).
Musa dedi: «Ey mənim qövmüm, əgər Allaha iman gətirmişsinizsə və Ona təslimsinizsə onda, yalnız Ona təvəkkül edin.»
Dedilər: «Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların işgəncəsinə məruz qoyma (və ya: onların qüdrətinin sınaq vasitəsi etmə)!»
Musaya və onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin və namaz qılın. Və (ey Musa,) möminlərə (qələbə) müjdə(si) ver.
Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: «Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, y ey Rəbbimiz nəhayət (bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə «amin» deyirdi).»
(Allah) buyurdu: «Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş ilahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərin yolu ilə getməyin.»
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam.»
(Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin».
Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.
Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şamda və Beytül-Müqəddəsdə) yerləşdirdik və onlara pak ruzilər verdik. (Sonra onlar din işlərində ixtilafa düşdülər.) Onlar yalnız (Tövratdakı maariflərdən) onlara elm hasil olan zaman ixtilaf etdilər. Şübhəsiz, sənin Rəbbin Qiyamət günü onların arasında ixtilaf etdikləri şey barəsində hökm çıxaracaqdır.
Beləliklə, (məsələn) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk və tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!
Və əsla Allahın ayələrini təkzib edənlərdən olma ki, ziyana uğrayanlardan olarsan.
Həqiqətən barələrində Rəbbinin kəlamı qətiləşmiş kəslər (Allahın əzəli elminə əsasən küfr və bədbəxtliyi seçəcəkləri məlum olanlar) iman gətirməyəcəklər.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə